Rus hərbçiləri öldürən suriyalılar interpola verildi

Rus hərbçiləri öldürən suriyalılar interpola verildi
  23 Noyabr 2018    Oxunub:4805
Rusiyanın İstintaq Komitəsi Suriyada xidmət keçən rus hərbi qulluqçularının ölümündə əli olanların kimliyini müəyyənləşdirə bilib.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd olunur ki, söhbət Su-24M bombardmançı təyyarəsinin pilotu Oleq Peşkov və dəniz piyadası Aleksandr Pozniçin öldürülməsindən, həmçinin 2015-ci ildə Suriya sərhəddində Türkiyə tərəfindən vurulmuş Su-24 təyyarəsinin şturmanı, kapitan Konstantin Muraxtnin həyatına qəsdə cəhddən gedir.

Bildirilir ki, əldə edilən sübutların məcmusuna əsaslanaraq, Suriyanın 9 vətəndaşının cinayət işinə cəlb olunması barədə qərar çıxarılıb. Onların hər biri beynəlxalq axtarışa verilib.

“Onların hər biri qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak, həmçinin iştirak dərəcələrinə görə, cinayət törətmək və cinayətə təşəbbüsdə, ölənin cəsədi üzərində alçaldıcı hərəkətlər etməkdə, silahların, döyüş sursatları və şəxsi mülkiyyətin oğurlanmasında ittiham olunurlar”, - deyə İstintaq Komitəsinin məlumatında yazılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Rusiya  





Xəbər lenti