Baş nazir Azərbaycana səfərini təxirə saldı

Baş nazir Azərbaycana səfərini təxirə saldı
  23 Noyabr 2018    Oxunub:5184
Monteneqronun baş naziri Duşko Markoviçin Azərbaycana səfəri 2019-cu ilin fevral-mart aylarına təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.

Daha əvvəl D.Markoviçin 2018-ci ilin sonunadək Azərbaycana səfəri edəcəyi planlaşdırılmışdı.

"Baş nazirin səfəri gələn iin əvvəlinə təxirə salınıb. Səfər fevral və ya mart ayında baş tutacaq", - deyə mənbə qeyd edib.

Onun sözlərinə görə, hazırda səfərin tarixi dəqiqləşdirilir: “Biz bir sıra ikitərəfli sənədlər imzalamaq və tədbirlər, xüsusilə biznes forum və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasını keçirmək niyyətindəyik".

Azvision.az



Teqlər: Baş-nazir   Səfər  



Xəbər lenti