“Ekspo 2025” Yaponiyada keçiriləcək

“Ekspo 2025” Yaponiyada keçiriləcək
  24 Noyabr 2018    Oxunub:7563
“Ekspo 2025” Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər məlum olub.
Azvision.az xəbər verir ki, Parisdə Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçirilən səsvermədə Yaponiyanın Osaka şəhəri seçilib.

Qalib şəhər gizli səsvermə yolu ilə seçilib. Səsvermədən öncə namizəd şəhərlər öz planları ilə çıxış ediblər.

“Ekspo 2025” sərgisinə ev sahibliyinə namizədliyini irəli sürmüş üç şəhərdən biri olan Bakı Osakanı Ümumdünya Sərgisinə ev sahibliyi ilə bağlı səsvermənin qalibi olması münasibətilə təbrik edib.

Azvision.az


Teqlər:





Xəbər lenti