“Bakı-Ankara münasibətləri Moskvanın da xeyrinədir” - Ərdoğanın baş müşaviri
"Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkənin dövlət başçılarının dostluqları sayəsində ən üst səviyyədədir. Hörmətli prezident İlham Əliyev beynəlxalq toplantılarda hər kəsə açıq şəkildə deyir ki, Türkiyə burada yoxdursa, mən varam. Bizim xarici işlər nazirimiz beynəlxalq tədbirlərdə Azərbaycanın da xarici işlər naziriyəm deyir. Ölkə başçımız Rəcəb Tayyib Ərdoğan dəfələrlə vurğulayıb ki, Azərbaycanın hər məsələsi bizim məsələmizdir".
Yalçın Topçunun fikrincə, bu münasibətlər təkcə Bakı ilə Ankaranın deyil, Moskvanın da, Vaşinqtonun da xeyrinədir, bundan Pekin belə faydalanacaq.
"Bakı ilə Ankaranın birliyindən rifah doğacaq və bütün insanlıq bundan fayda görəcək".
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Ərdoğan Müşavir Türkiyə