Qəzzada 12 fələstinli yaralanıb

Qəzzada 12 fələstinli yaralanıb
  24 Noyabr 2018    Oxunub:4920
Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında yenidən qarşıdurma olub.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin “Böyük Qayıdış Yürüşü”nün iştirakçılarına açdığı atəş nəticəsində 12 fələstinli xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, fələstinlilər 30 mart tarixindən etibarən hər cümə günü Qəzza zolagı ilə sərhəddə “Böyük Qayıdış Yürüşü” keçirirlər.

Azvision.az



Teqlər: Qəzza   Fələstin  





Xəbər lenti