Marqvelaşvili ilk rəsmi səfərini Azərbaycana edəcək - ÖZƏL

Marqvelaşvili ilk rəsmi səfərini Azərbaycana edəcək - ÖZƏL
  01 Noyabr 2013    Oxunub:1121
Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvili andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Azərbaycana edə bilər.

Bunu AzVision.az-a açıqlamasında Gürcüstanın hakim partiyası “Gürcü arzusu” koalisiyasında təmsil olunan, azərbaycanlı deputat Əli Məmmədov deyib.

Deputat bildirib ki, G.Marqvelaşvili andiçmə mərasimindən sonra ilk səfərinin Azərbaycana edəcəyi gözlənilir:

“Mümkündür ki, o ilk səfərini Azərbaycana eləsin. Azərbaycan və Gürcüstan dost, qardaş ölkədir. Ona görə də prezident ilk rəsmi səfərini Azərbaycana edəcək”-deyə, Ə.Məmmədov əlavə edib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçirilib. Hakim “Gürcü arzusu” Koalisiyasının namizədi Georgi Marqvelaşvili 62,1% səslə qalib olub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti