“Atamız ailəsini görmək arzusu ilə alışıb-yanırdı” - Kaşoqinin qızları
“O, bizim həyatlarımızda böyük qəlbli, sevgi dolu bir ata idi. Biz uşaq olanda hər həftəsonu kitabxanalara gedərdik. Orada çox əyləncəli vaxt keçirərdik. Uşaq olan zaman atamızın səyyah olduğunu bilirdik. İşi ilə əlaqədar hər yerə gedirdi. Amma hədiyyələrlə və təsirli hekayələrlə geri dönərdi”, - bacılar qeyd ediblər.
Onlar bildiriblər ki, ataları onları elmi sevməyi öyrədib: “Kitablar atamızın dostu idi. Ətrafı kitablarla dolu olsa da, hər zaman yenilərinə sahib olma istəyi ilə yaşayırdı. Oxuduqları arasında fərq qoymazdı, hamısını mənimsəyərdi. Kitaba olan sevgisi ona öz fikirlərini irəli sürməyi öyrətdi. Bizə də eynisini etməyi öyrədib”.
Noha və Razan söyləyiblər ki, bir gün atalarına qovuşmağının xəyalı ilə yaşayırlar: “Atamızın işi bizim ailəmizdən uzaq idi. Onun sözləri çox uzaqlardakı insanlar üzərində də təsirli idi. Biz bunu hər zaman sezirdik”.
Məqalədə daha sonra qeyd edilib: “Onun üçün nə düşündüyünü söyləmək, düşüncələrini bölüşmək, səmimi çıxışlar etmək çox önəmli idi. Yazmaq onun üçün bir iş yox, həyat tərzi idi. Yazaraq yaşayırdı. Onun yazdıqları ruhunu bizimlə birlikdə edir. Buna görə ona minnətdarıq. Vircinyadakı yaşayışı komfortlu olsa da, o, hər zaman öz evini, ailəsini və sevdiklərini görmək arzusu ilə alışıb-yanırdı”.
Kaşoqinin qızları deyiblər ki, ataları əsla müxalif olmayıb: “Bütün məqalələrində və səfərlərində ölkəsi üçün ümid etməyi əsla unutmadı. Çünki müxalif deyildi. Vətənsevər idi”.
Jurnalistin qızları atalarının öldürülməsindən sonra onun Vircinyadakı evinə gediblər: “Orada olmanın ən çətin tərəfi onun boş kreslosunu görmək idi. Onun yoxluğu dözülməzdir. Adətən atamı eynəkləri alnında nə isə yazarkən və ya oxuyarkən görərdik. Bütün əşyalarına baxdıq. Səudiyyə Ərəbistanına geri döndüyündə oranın özü və bütün səudiyyəlilər üçün daha yaxşı bir yer olması ümidi ilə yorulmadan yazdığını bilirik.
Bu məqalə onun işığının sönməməsi üçün verilmiş bir sözdür. Onun mirasını hər zaman qoruyacağıq. Atamız “Bəzən gedişlər, qalmaqdır” deməklə ən doğrusunu söyləyib. İndi bu fikir daha məntiqli səslənir. Bir sonrakı həyatda qarşılaşana qədər...”
Kənan Məmmədov
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


