Şimali Koreyaya qarşı sanksiyalar dayandırılıb

Şimali Koreyaya qarşı sanksiyalar dayandırılıb
  24 Noyabr 2018    Oxunub:4459
BMT-nin Təhlükəsizlik Şurası rəsmi Seulun xahişi əsasında Şimali Koreyaya qarşı bəzi sanksiyaların qüvvəsini müvəqqəti olaraq dayandıraraq Cənubi Koreya üçün istisnalar edib.
Azvision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, sanksiyaların müvəqqəti ləğvi Şimalla Cənubi Koreya dəmiryollarının birləşdirilməsinə dair layihə ilə əlaqədardır. Belə ki, Şimali Koreyanın dəmiryollarının vəziyyətinin qiymətləndirilməsi üçün bu ölkənin ərazisinə yanacaq və digər ləvazimatların gətirilməsi vacibdir. Bu səbəbdən də, Cənubi Koreya iki ölkə arasındakı dəmiryollarının birləşdirilməsi layihəsi çərçivəsində ona bu imkanın verilməsi üçün BMT-yə müraciət edib. BMT Təhlükəsizlik Şurasının müvafiq komitəsi isə Seulun müraciətinə müsbət cavab verib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Koreya   BMT  





Xəbər lenti