Paşinyan yenidən küçələrə çıxdı, mitinqlər başladı - VİDEO

Paşinyan yenidən küçələrə çıxdı, mitinqlər başladı -  VİDEO
  24 Noyabr 2018    Oxunub:15685
Ermənistanın paytaxtı İrəvanın Nor Nork inzibati rayonunda ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın və onun "Mənim addımım" blokunun tərəfdarları mitinq keçirirlər.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayan və eyni vaxtda rayonun 6 dairəsində keçirilən mitinqlərə Nikol Paşinyan da qatılıb.
Həmçinin, Paşinyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin üzvləri və parlamentin “Çıxış” fraksiyasının deputatları da minlərlə insanın qatıldığı mitinqdə iştirak edirlər.

Paşinyanın sözlərinə görə, bu gün bütün İrəvan üzrə 20 kilometr məsafəni qət edəcək mitinq apreldəki “məxməri inqilab”a yekun vuracaq.

Yenidən küçə aksiyalarının başlanmasının əsl səbəbi isə dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Paşinyan blokunun qələbəsini təmin etmək və bununla da, Nikolun baş nazir postunda möhkəmlənməsinə nail olmaqdır.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Mitinq  





Xəbər lenti