Moldova ombudsmanı azərbaycanlı həmkarı ilə görüşdə ağladı

Moldova ombudsmanı azərbaycanlı həmkarı ilə görüşdə ağladı
  01 Noyabr 2013    Oxunub:985
Bu gün Azərbaycan Ombudsmanı Elmira Süleymanova moldovalı həmkarı Aurelia Qriqoriu ilə görüşüb.

Ombudsman Aparatında baş tutan görüşdə E.Süleymanova A.Qriqoriunun Ermənistan parlamentindəki çıxışından söz açıb, həmkarına cəsarətli çıxışına görə təşəkkür edib: “Biz hamımız o gün çox narahat idik. Sonun necə olacağını bilmirdik”.

E.Süleymanova əlavə edib ki, həmkarını Azərbaycanda görməkdən məmnundur və Azərbaycan onun da vətənidir.

Görüş vaxtı Ermənistan parlamentindəki çıxışından danışan A.Qriqoriu həyəcanlanıb və göz yaşlarını saxlaya bilməyib: “O günləri xatırlamaq belə istəmirəm. Çox çətin günlər idi. Amma mən peşman deyiləm. Xocalı faciəsi hamımızın faciəsidir. Biz susmamalıyıq. 1992-ci il deyəndə ağlımıza nə gəlir? İnsanlıq faciəsi. Mən Ermənistan parlamentində Xocalı gerçəklərini dilə gətirəndə zaldan səs-küy gəlməyə başladı. Bir çox iştirakçılar bunu bilmirdilər və mənə təşəkkür etdilər. Çıxışımdan sonra KİV əməkdaşları mənə yaxınlaşıb bunu necə dilə gətirə bildiyimi soruşdular. Bildirdim ki, biz bunu deməliyik. Fakt budur ki, Qarabağ Azərbaycanındır və hazırda bu torpaqlar ermənilər tərəfindən işğal olunub”.

Moldova ombudsmanı onu da əlavə edib ki, Ermənistan parlamentindəki çıxışı Moldovada da etirazlar doğurub: “Mənim bu çıxışım mühakimə edildi və əleyhimə çıxışlar səsləndi. Bildirdilər ki, bu cür çıxış yolverilməzdir və Moldovanın fikirlərini təmsil etmir. Mən belə düşünürəm ki, Xocalı faciəsini törədənlər cavab verməli və ədalət bərqərar olunmalıdır. Moldova və Azərbaycan dost ölkələrdir. Bəsdir pis adamlara “yaxşı maska” geyindirdik! Artıq onların maskasını açmalıyıq. Ermənistan Azərbaycanın torpaqlarını geri qaytarmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər evlərinə dönməlidir”.

Sonda A.Qriqoriaya cəsarətinə və insan hüquqlarının keşiyində dayandığına görə fəxri medal təqdim olunub.(apa)



Teqlər:





Xəbər lenti