"Real" böyük hesabla məğlub oldu

 "Real" böyük hesabla məğlub oldu
  24 Noyabr 2018    Oxunub:5428
"Real Madrid" klubu İspaniya La Liqasında növbəti oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Madrid klubu 13-cü turda səfərdə "Eybar"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra kral klubu 20 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, turnir cədvəlinə 24 xalla "Barselona" başçılıq edir. "Sevilya", "Atletiko", "Alaves" hərəyə 23 xalla 2-4-cü pillələri bölüşdürür.

Azvision.az



Teqlər:





Xəbər lenti