İŞİD yeni tərəfdarlar cəlb etməyə çalışır
İsveç Müdafiə Araşdırmaları İnstitutunun mütəxəssislər bildirirlər ki, sosial şəbəkə platformaları belə təbliğata qarşı səmərəli mübarizə aparmağa çalışır, lakin bu sahədə ciddi problemlər var. İŞİD çox vaxt belə maneələrdən yan keçir və onları neytrallaşdırır.
Hesabatın müəllifləri vurğulayır ki, İŞİD-in daim dəyişən rəqəmsal landşafta uyğunlaşmaq qabiliyyəti, çox ehtimal ki, bu təşkilatı qoruyub saxlamağa imkan verəcək, çünki onun tərəfdarları bir-biri ilə ünsiyyət saxlaya bilirlər. Bundan əlavə, əsas sosial şəbəkə platformaları belə təbliğata qarşı səmərəli mübarizə aparmağı öyrəniblər. Lakin terrorçular bəzi hallarda onların təbliğat materiallarını rəqəmsal resurslardan silmək cəhdlərinin öhdəsindən uğurla gəlirlər. (AzərTAc)
Azvision.az
Teqlər: İŞİD