Parisdə iğtişaşlar: 100-dən çox insan saxlanılıb - (Yenilənib)

Parisdə iğtişaşlar:  100-dən çox insan saxlanılıb -  (Yenilənib)
  25 Noyabr 2018    Oxunub:6967
Parisdə etiraz aksiyalarında xəsarət alanların sayı 30 nəfərə çatıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, zərər çəkənlər arasında hüquq mühafizə orqanlarının altı əməkdaşı var, onlardan biri ağır yaralanıb.

Parisdə iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən 100-dən çox insan saxlanılıb. Nümayişlərdə 8 min nəfərin iştirak etdiyi bildirilir.

***
Fransada benzinin qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı 35 nəfər saxlanılıb.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilərlə polisin qarşıdurması nəticəsində 25 nəfər xəsarət alıb. Yaralıların arasında polislərin də olduğu bildirilir.

Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində benzin qiymətlərinin qalxmasından şikayət edən sürücülərin irimiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyaya fransalı sürücülərin işığı əks etdirən xüsusi üst geyimi olan “sarı gödəkçələr” adını veriblər.

Nümayişlər zamanı indiyədək 2 nəfər ölüb, onlarla xəsarət alan var. Ötən həftə ümumilikdə 290 minə yaxın Fransa vətəndaşı etirazlara qoşulub.

Azvision.az


Teqlər:





Xəbər lenti