Tramp Meksikanı hədələdi

Tramp Meksikanı hədələdi
  25 Noyabr 2018    Oxunub:4473
"Zəruriyət yaranacağı halda Meksika ilə sərhəd bağlanacaq"
Azvision.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb. O, Meksikanı növbəti dəfə sərhədləri bağlamaqla hədələyib.

Tramp ABŞ-a yalnız xüsusi qaçqın statusuna malik şəxslərin buraxılacağını elan edib. ABŞ rəhbəri bundan əvvəlki açıqlamasında isə miqrant köçünün qarşısını almaq üçün sərhəddə ordu yerləşdirəcəyini bildirmişdi.

Qeyd edək ki, Salvador, Qvatemala və Hondurasda zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan minlərlə miqrant ABŞ-da sığınacaq tapmaq istəyir.

Azvision.az



Teqlər: Tramp   Meksika  





Xəbər lenti