Avropa İttifaqı “Brexit”lə bağlı qərar verdi

Avropa İttifaqı “Brexit”lə bağlı qərar verdi
  25 Noyabr 2018    Oxunub:4548
Avropa İttifaqı (Aİ) tərkibində qalan dövlətlər Böyük Britaniyanın İttifaqdan çıxmasına dair razılaşma layihələrini (Brexit) təsdiq ediblər.
Azvision.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Donald Tusk "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, 27 ölkə ayrılmağa dair razılaşmanı və Aİ-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi deklarasiyanı qəbul ediblər.

Azvision.az



Teqlər:   Brexit  





Xəbər lenti