Əfqanıstandan ilk dəfə xanım səfir təyinatı

Əfqanıstandan ilk dəfə xanım səfir təyinatı
  25 Noyabr 2018    Oxunub:4473
Röya Rəhmani Əfqanıstanın ABŞ-da səfiri təyin edilib.
Azvision.az-ın məlumatına görə, o, bu vəzifəyə təyin olunan ilk qadın olub. Rəhmani daha əvvəl ölkənin İndoneziyadakı səfiri vəzifəsində çalışıb.

“Rəhmani Əfqanıstanın istedadlı diplomatlarından biridir. İndoneziyada xidməti zamanı uğurlara imza atıb”, - ölkə Prezidentinin rəsmi nümayəndəsi Harun Cahansuri deyib.

Xatırladaq ki, daha əvvəl bu vəzifədə Həmdullah Mohib çalışıb. Bu ilin avqust ayında isə Əfqanıstan Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri təyin edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti