Kaliforniyada meşə yanğını lokallaşdırılıb

Kaliforniyada meşə yanğını lokallaşdırılıb
  26 Noyabr 2018    Oxunub:4360
Kaliforniyanın şimalında ştatın müasir tarixində ən dağıdıcı təbii fəlakət hesab olunan meşə yanğını tam lokallaşdırılıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat Kaliforniya meşə təsərrüfatı və yanğından mühafizə idarəsi tərəfindən yayılıb.

Məlumatda bildirilir ki, yanmış ərazi 620 kvadratkilometrə yaxındır. Alov təxminən 14 min evi məhv edib. Noyabrın 8-də Byutt dairəsində başlayan yanğın nəticəsində ştatın şimalında azı 85 nəfər həlak olub. Yüzlərlə insan itkin düşmüş hesab edilir.

Azvision.az



Teqlər: Meşə   Yanğın  





Xəbər lenti