İranda yaralıların sayı 550 nəfərə çatıb - VİDEO (Yenilənib)

İranda yaralıların sayı 550 nəfərə çatıb -  VİDEO (Yenilənib)
  26 Noyabr 2018    Oxunub:8109
İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 550 nəfərə çatıb.

Azvision.az "Press TV" -yə istinadən xəbər verir ki, Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Bu gün vilayətin orta məktəblərində, universitetlərində dərslər keçirilməyəcək.


***
İranın qərbində yerləşən Kermanşah vilayətində 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 361 nəfərə çatıb. “Fars” agentliyinin yaydığı məlumata görə, xəsarət alanlardan 8-i xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.

***
İranın Kermanşah vilayətində 6,4 bal gücündə zəlzələ baş verib.

Azvision.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:07-də qeydə alınıb. Zəlzələnin episentri yerin 7 kilometr dərinliyində yerləşib.

Hələlik mümkün dağıntılar, həlak olan və ya yaralananlar barədə məlumat verilməyib.

Azvision.az



Teqlər: İran   Zəlzələ  





Xəbər lenti