Şevardnadze də İlham Əliyevi təbrik etdi

Şevardnadze də İlham Əliyevi təbrik etdi
  01 Noyabr 2013    Oxunub:1136
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz İlham Heydər oğlu!

Yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Sizin bu inamlı qələbəniz çox sınaqlardan keçərək bu həlledici gündə bir daha düzgün seçim etmiş Azərbaycan xalqının müdrikliyinə sübutdur.

Dəfələrlə qeyd etdiyim kimi, bizim hamımızın bəxtimiz gətirib ki, tarixin bu məsul dövründə Azərbaycanda hakimiyyət sükanının arxasında İlham Heydər oğlu Əliyev kimi istedadlı bir dövlət xadimi – zəmanəmizin görkəmli siyasi xadimi, mənim sədaqətli dostum və qardaşım Heydər Əlirza oğlu Əliyevin layiqli varisi dayanır. Sizin qeyri-adi qabiliyyətləriniz prezident Heydər Əliyevin müdrik kursunu uğurla davam etdirməyinizə kömək edir. Məhz Heydər Əliyevin sayəsində Gürcüstandan fərqli olaraq Azərbaycanda yeni sosial-iqtisadi sistemə keçidə nisbətən rəvan şəkildə, az itkilərlə nail olunub.

Minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, biz Gürcüstanda problemlərin həlli istiqamətində mübarizədə qardaş Azərbaycan xalqının dəstəyini daim hiss edirik.
Mənim təbriklərimə qızım Manana, oğlum Paata və onların ailələri də qoşulurlar, çünki Sizin qələbəniz bizim ümumi sevincimizdir. Sizə yeni uğurlar diləyirəm”.

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Ayma, Rumıniyanın keçmiş prezidenti İon İliesku da Azərbaycan dövlət başçısına təbrik ünvanlayıblar.


Teqlər:  





Xəbər lenti