QHT Şurası veriliş hazırlayıb

QHT Şurası veriliş hazırlayıb
  01 Noyabr 2013    Oxunub:1099
Şura Xəzər televiziyası ilə birgə “Cəmiyyət” adlı maarifləndirici veriliş hazırlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şura Xəzər televiziyası ilə birgə Cəmiyyət adlı maarifləndirici veriliş hazırlayıb. Proqram hər həftənin beşinci günü, saat 23:00-da yayımlanacaq. Verlişin ilk buraxılışı noyabrın 1-də efirə gedəcək. Cəmiyyət verlişinin ilk qonağı Şura sədri millət vəkili Azay Quliyev, aparıcısı isə Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbuddur.

Verilişin hazırlanmasında əsas məqsəd Şuranın dəstəklədiyi layihələrdə toxunulan problemlərin hərtərəfli işıqlandırılması və bunlarla bağlı cəmiyyətin maarifləndirilməsidir. Eyni zamanda bu veriliş vasitəsi ilə vətəndaşların hüquq və mənafelərinin qorunması istiqamətində QHT-lərin həyata keçirdiyi layihələr haqqında vətəndaşlar geniş şəkildə məlumatlandırılacaqdır. Ümumilikdə proqramda vətəndaşları düşündürən, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzuların ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılması planlaşdırılır.


Teqlər:  





Xəbər lenti