Heydər Əsədovun sələfləri: kimi həbsdə, kimi də vəzifədə - ARAŞDIRMA

  01 Noyabr 2013    Oxunub : 2945
Heydər Əsədovun sələfləri: kimi həbsdə, kimi də vəzifədə - ARAŞDIRMA
Eks-nazirlər: Onlar kimlərdir?

Bu gün Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür. Zəngin və keçməkeşli tarixə malik olan kənd təsərrüfatı orqanlarının yaranması ötən əsrin 20-ci illərinə, daha dəqiq desək Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Tarixə qısa ekskurs etsək görərik ki, Azərbaycanda ilk kənd təsərrüfatı orqanı 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Demokratik Respublikanın ilk hökumətinin tərkibində Əkinçilik və Əmək Nazirliyi kimi fəaliyyət göstərib. 1918-ci il oktyabrın 15-də Dövlət Əmlakı və Əkinçilik Nazirliyi yaradılıb. 1920-ci ildə isə bu qurum Dövlət Torpaq Komissarlığı adı altında fəaliyyəti davam etdirib.

AXC hakimiyyətinin süqutundan sonra nazirlik SSRİ-nin tabeliyində fəaliyyət göstərməyə məhkum olub. Adı dəfələrlə dəyişdirilən Kənd Təsərrüfatı Nazirliyi 1947-ci ildə yenidən eyni adla fəaliyyətini davam etdirməyə başlayıb. 39 ildən sonra nazirliyin adı dəyişdiriləcək Dövlət Aqrar-Sənaye Komitəsi kimi fəaliyyətini davam etdirib.

Azərbaycan öz müstəqilliyini bərqərar etdikdən sonra Kənd Təsərrüfatı NazirliyiSSRİ-i əsarətindən qurtulmağa müvəffəq oldu. Bu dəfə Müstəqil Azərbaycan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi yaradıldı. Cəmi bir il sonra 1993-cü ildə yenidən Kənd

Təsərrüfatı Nazirliyi adı geri qaytarıldı. İndiyədək bu dövlət qurumu eyni adla fəaliyyətini davam etdirib.

Nazirliyin adı kimi ona rəhbərlik edən şəxslər də tez-tez dəyişdirilib, yeniləri ilə əvəzləniblər.

AzVision.az Azərbaycan müstəqilliyə qədəm qoyduqdan indiyədək bu quruma rəhbərlik edən nazirlər və onların fəaliyyətini araşdırmağa çalışıb.

Kənd təsərrüfatı nazirləri: sabiqlər

Müstəqil Azərbaycanın ilk kənd təsərrüfatı naziri əslən Gəncədən olan Müzamil Abdullayevolub. Onun nazirlik fəaliyyəti iki dövrü əhatə edir.

199-ci ildən 1992-ci ilə kimi bu postda çalışan Müzamil Abdullayev 1992-ci ildə vəzifəsini Tofiq Hüseynova təhvil verib.



1952-ci ildə Tovuz rayonunda anadan olan Tofiq Hüseynov AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. O bu vəzifədə fəaliyyətini 1993-cü ilə kimi davam etdirib. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub.

Eks-nazir 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib. Hal-hazırda isə o, müxalifətin radikal qolunda təmsil olunur. Sabiq nazir Milli Şuranın üzvüdür.

Tofiq Hüseynovu nazir postunda Rəhim Əşrəfov əvəzləyib. O1993-cü ildən 1994-cü ilin fevaral ayına qədər nazir səlahiyyətlərini icra edə bilib.

1994-cü ildin fevralından sentyabrına qədər kənd təsərrüfatı naziri vəzifəsində yenidən Müzamil Abdullayev çalışıb. Amma nazirin bu dəfə də bəxti gətirməyib. 1996-ci ildə vətənə xəyanət ittihamı ilə əvvəlcə ömürlük azadlıqdan məhrum edilib.

Sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

Həm nazir, həm də icra başçısı

1994-2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri vəzifəsini İrşad Əliyev tutub.



O, 1944-cü il iyunun 30-da Goranboy rayonu Gürzallar kəndində anadan olan sabiq nazir bir çox müxtəlif siravi vəzifələrdə çalışıb. 1966-1970-ci illərdə rayon kənd texniki təminat birliyində çilingər, "Oraq-Çəkic" kolxozunda mexanik işləyib. 1970-1972-ci illərdə Azərbaycan LKGİ Şaumyan rayon komitəsində ikinci katib, 1974-1980-cı illərdə Şaumyan rayon partiya komitəsində təlimatçı, 1980-1982-ci illərdə rayon partiya komitəsində ikinci katib, 1982-1983-cü illərdə Azərbaycan KP MK-də inspektor, 1983-1985-ci illərdə Azərbaycan Kommunist Partiyasının Balakən rayon komitəsinin birinci katibi, 1985-1991-ci illərdə Azərbaycan Kommunist Partiyasının Ucar rayon komitəsinin birinci katibi, 1991-1992-ci illərdə Azərbaycan Kommunist Partiyasının Goranboy rayon komitəsinin birinci katibi, sonra isə Goranboy rayon İcra hakimiyyətinin başçısı, 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş şöbəsində məsləhətçi, 1992-1994-cu illərdə Azərbaycan Respublikasının Daimi yaşayış yerlərini məcburi tərk etmişlərlə iş üzrə Dövlət Komitəsinin sədri, 1994-2004-cü illərdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri, 2005-2012-ci illərdə isə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. XI-XII çağrış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

Müxtəlif orden və medallarla təltif olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, üç övladı var.

9 ildən sonra istefaya göndərilən İsmət Abbasov



23 oktyabr 2004-cü ildən isə Kənd Təsərrüfatı naziri vəzifəsinə İsmət Abbasov təyinat alıb . İsmət Dursun oğlu Abasov 1954-cü il25 may İrəvan şəhərində anadan olub. 1971-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1976-1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980-1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989-1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990-1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini,1993-1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997-2004-cü illər Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləyib, 23 oktyabr 2004-cü ildən isə Respublikanın Kənd Təsərrüfatı naziridir.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur,1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilib.

1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidentidir.

İsmət Abbasov bu ilin oktyabrında əzifəsindən azad edilərək ölkə başçısının sərəncamı ilə Baş nazirinin müavini təyin olunub.
Ailəlidir, iki övladı və iki nəvəsi var.

Yeni nazir...



Azərbaycanın hazırki kənd təsərüffatı naziri hər kəsə yaxından tanış olan Heydər Əsədov. Cəmi bir neçə gün bundan öncə prezidentin sərəncamı ilə nazir kreslosuna əyləşən Heydər Əsədov bundan öncə Hesablama Halatasının sədri kimi fəaliyyət göstərib.

Yeni nazir 1959-cu il oktyabr ayının 24-də anadan olub. 1978-ci ildə Bakı Sovet Ticarəti Texnikumunun mühasibat uçotu fakültəsini bitirib. 1983-cü ildə isə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirib.1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb.1983-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib.1987-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.

1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Maliyyə nazirinin müavini təyin edilibr.1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, Azərbaycan Respublikası Maliyyə nazirinin müavini vəzifələrində işləyib.17 Aprel 2007-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Hesablama Palatasının Sədri vəzifəsinə təyinat alıb. “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Ailəlidir. Üç övladı var.

Şəhanə RƏHİMLİ

Teqlər: