Londonla münasibətlər “Brexit”dən sonraya qalacaq - Berlin

 Londonla münasibətlər “Brexit”dən sonraya qalacaq -  Berlin
  26 Noyabr 2018    Oxunub:4264
Avropa İttifaqının Böyük Britaniya ilə münasibətlərinin gələcəyi “Brexit” prosesindən sonra müzakirə olunacaq.
Azvision.az xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü bu gün keçirdiyi brifinqdə jurnalistlərin “Britaniya Avropa Azad Ticarət Assosiasiyasına qoşulacaqmı?” sualına cavab olaraq deyib.

“Bu cür məsələlərin də daxil olduğu gələcək münasibətlərimizlə bağlı məsləhətləşmələr Britaniyanın İttifaqdan çıxma prosesi tamamlandıqdan sonra baş tutacaq” – Almaniyia XİN-in rəsmisi vurğulayıb.

Bu arada, Almaniyanın maliyyə naziri Olaf Şolz isə bəyan edib ki, Britaniyanın Aİ-nı tərk etməsi bu prosesə cəlb olunan hər kəsə ziyan vuracaq.

Qeyd edək ki, Britaniya hökumətinin bəzi üzvləri və Əmək partiyasının qanunvericiləri baş nazir Tereza Meyin “Brexit” sazişi parlament tərəfindən təsdiq edilməzsə, Krallığın Avropa Azad Ticarət Assossiasiyasına qoşulması ehtimalını müzakirə edirlər.

Xatırladaq ki, Aİ-nın ötən günkü fövqəladə sammitində üzv dövlətlər Londonla əldə olunmuş “Brexit” sazişini təsdiqləyiblər. Sırada bu sazişin Britaniya parlamenti tərəfindən ratifikasiya mərhələsi var.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Avropaİttifaqı   Britaniya  





Xəbər lenti