Rusiya Ukraynaya nota verdi

Rusiya Ukraynaya nota verdi
  27 Noyabr 2018    Oxunub:4420
Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinski Kerç boğazında baş verən hadisə ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azvision.az xəbər verir ki, ukraynalı diplomata Rusiyanın etiraz notası təqdim olunub.

Xatırladaq ki, ötən gün Ukrayna gəmiləri Rusiyanın Qara Dəniz Donanması tərəfindən saxlanılıb. Rusiyanın Qara dənizdəki ərazi sularına girən gəmilər sərhəd xidmətinin xəbərdarlığına baxmayaraq, təhlükəli manevrlər ediblər. Gəmilərə silahlı güc tətbiq edilib.

Rusiyanın Kerç boğazında ələ keçirdiyi “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi hazırda Krımın Qara dəniz sahilindəki Kerç limanında saxlanılır.

Rəsmi Kiyev bəyan edib, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktıdır. Vəziyyətlə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib, Rusiyanın təcavüzü barədə “G7” (“Böyük yeddilik”) ölkələrini və BMT Təhlükəsizlik Şurasının üzvlərini məlumatlandırıb.

Azvision.az


Teqlər: Rusiya   Ukrayna   Nota  





Xəbər lenti