Adı qətldə hallanan şahzadə Ərdoğanla görüşmək istəyir

 Adı qətldə hallanan şahzadə Ərdoğanla görüşmək istəyir
  27 Noyabr 2018    Oxunub:3342
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G-20 zirvəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək tələbi irəli sürüb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

“Vəliəhd şahzadə Ərdoğanla telefon danışığı zamanı Buenos-Ayresdə görüşmə imkanının olub-olmadığını soruşdu. Ərdoğanın cavabı isə “baxarıq” oldu. Hazırda vəliəhd şahzadə ilə görüşməmək üçün hər hansı bir səbəb yoxdur”, - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, vəliəhd şahzadə Məhəmməd bin Salman səudiyyəli jurnalist Camal Kaşoqinin qətlində ittiham olunur. İddialara əsasən, jurnalistin ölüm əmrinə məhz o verib.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Səudiyyə   Ərdoğan   Çavuşoğlu   Kaşoqqi   Kaşıkçı  





Xəbər lenti