Şahzadə Ərdoğanla görüşmək üçün xahiş edib

Şahzadə Ərdoğanla görüşmək üçün xahiş edib
  27 Noyabr 2018    Oxunub:3804
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 30 noyabr - 1 dekabr tarixlərində Argentinada keçiriləcək “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində görüşmək üçün Türkiyə prezidenti Rəcəb Tayyid Ərdoğana müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin xaric işlər naziri Mövlud Çavuşoğlu “Suddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.

“Bəli, o (Məhəmməd bin Salman), Ərdoğanla telefon söhbətində soruşub ki, Buenos-Ayresdə görüşə bilərlərmi. Ərdoğan cavab verdi ki, “Baxarıq”” – Çavoşoğlu bildirib.

Nazir həmçinin, vəliəhdin jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsindən xəbəri olduğunu istisna etməyən Trampın ehtimallarını da şərh edib.

“Mən bilmirəm ki, Tramp bunu niyə deyib. Onu da bilmirəm ki, amerikalıların əlində bizim bilmədiyimiz sübut varmı... “Bəlkə” ifadəsi bizim üçün kifayət deyil, biz əmin olmalıyıq” - Çavoşoğlu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “A Haber” telekanalı Ərdoğanın “G20” sammitində iştirak üçün Argentinaya səfəri zamanı Məhəmməd bin Salmanla görüşdən imtina etdiyini bildirmişdi.

G20 sammitində iştirak səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra xaricə ilk səfəri olacaq. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə də görüşü planlaşdırılır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Səudiyyə   Türkiyə   G20  





Xəbər lenti