Meksika ABŞ-a nota göndərdi

Meksika ABŞ-a nota göndərdi
  27 Noyabr 2018    Oxunub:3334
Meksika Xarici İşlər Nazirliyi (XİN) ABŞ sərhədlərini keçməyə çalışan miqrantlara qarşı silah tətbiq edilməsinin araşdırılması tələbilə ABŞ-a diplomatik nota göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Meksika XİN-in bəyanatında deyilir.

“XİN 25 noyabrda Tixuana – San-Dieqo sərhəd zonasında baş verən insidentlərlə əlaqədar ABŞ səfirliyinə diplomatik nota təqdim edib. Meksika hökuməti ABŞ tərəfindən Meksika istiqamətində qeyri-ölümcül silahların istifadəsini araşdırmaq üçün Vaşinqtona çağırış edir”? – bəyanatda bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalı hərbçilərin ABŞ-Meksika sərhəddini keçməyə çalışan miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə etmələrini tamamilə zərərsiz və lazımi addım kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür əks tədbirlərin görülməsində məhz sərhəddi keçməyə cəhd edən Latın Amerikası miqrantları günahkardır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   ABŞ  





Xəbər lenti