Britaniya parlamenti “Brexit”i təsdiqləməyəcək

 Britaniya parlamenti “Brexit”i təsdiqləməyəcək
  27 Noyabr 2018    Oxunub:3229
Əgər “Brexit” sazişi üzrə səsvermə indi keçirilsə, Böyük Britaniya parlamenti sənədi rədd edəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın hökumət naziri Devid Lidinqton “Sky News”a müsahibəsində deyib.

“Əgər səsvermə bu gün keçirilsəydi, onda qalib gəlmək çətin olardı. Amma düşünürəm ki, bizim işi başa çatdırmağımız üçün hələ zamanımız var” – Lidinqton vurğulayıb.

Qeyd edək ki, 25 noyabrda keçirilən Avropa İttifaqının fövqəladə sammitində üzv dövlətlər Britaniyanın İttifaqdan ayrılmasına dair Londonla əldə olunmuş “Brexit” sazişini və Aİ-Böyük Britaniya münasibətlərinin gələcəyinə dair siyasi bəyannaməni qəbul ediblər. Dekabrın 11-də isə Britaniya parlamenti tarixindəki ən önəmli səsverməyə gedərək “Brexit” sazişi barədə qərar qəbul edəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti