İrəvanda əsgər ailələri oturaq aksiya keçirir
Çıxılmaz vəziyyətdə olduqlarını deyən etirazçılar əsgərlərin ölümü ilə bağlı şikayət etdikləri bütün qurumlardan rədd cavab aldıqlarını bildirirlər.
Sonuncu belə hadisə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində noyabrın 21-i baş verib. Zabit tərəfindən zorakılığa məruz qalan əsgər bu barədə ailəsinə məlumat verib. Yaxınları dərhal vəkil tutaraq məsələni ictimailəşdiriblər. Bundan sonra əsgərin hərbi hissəsi dəyişdirilib. Ailə indi zabitin həbs olunmasına çalışır.
İrəvan Apelyasiya məhkəməsində isə 3 hərbi həkimin məhkəməsi davam edir. Onlar xidməti vəzifə borclarına səhlənkar yanaşmada ittiham olunurlar. Həkimlər hərbi hospitalda müalicə alan əsgərin ölümündə təqsirləndirilirlər. Məhz vurulan vaksindən sonra hərbçinin səhhəti pisləşib. Əsgər belə vəziyyətdə 16-17 saat xidmətdə olub və vəziyyəti ağırlaşaraq ölüb. Sosial şəbəkələrdə görüntüsü yayılan andiçmə mərasimində gənc hərbçinin axsaması da rezonans yaradıb. Əsgərin atası deyir ki, oğlu 3-cü qrup əlildir. Buna baxmayaraq, onu hərbi xidmətə aparıblar. Fiziki məhdudiyyətli olması ona çətinliklər yaradır. Buna baxmayaraq, əsgəri ordudan tərxis etmirlər.
Azvision.az