Qonşu ölkə Almaniya ilə hərbi saziş imzaladı - İlk dəfə

Qonşu ölkə Almaniya ilə hərbi saziş imzaladı -  İlk dəfə
  27 Noyabr 2018    Oxunub:4355
Gürcüstanın müdafiə naziri Levan İzoryan Almaniyaya səfəri zamanı həmkarı Ursula fon der Lyayen ilə görüşdə iki ölkə arasındakı münasibətlərdə ilkə imza ataraq, Gürcüstan-Almaniya hərbi əməkdaşlığı haqında müqavilə bağlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

“İkitərəfli əməkdaşlığımızın tarixində ilk dəfə olaraq müdafiə sferasında saziş imzalandı. Sənəddə qeyd edilir ki, Almaniya bundan sonra da NATO-nun Gürcüstana münasibətdə açıq qapılar siyasətini dəstəkləyəcək və ölkəmizin NATO-ya inteqrasiyası yolunda maksimum yardım göstərəcək” – bəyanatda Gürcüstanın müdafiə naziri Levan İzoryanın alman həmkarilə görüşdən sonra verdiyi açıqlamadan sitat gətirilib.

Həmçinin qeyd olunur ki, görüş zamanı hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsi məsələləri də müzakirə olunub.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Gürcüstan   Almaniya   NATO  



Xəbər lenti