Tramp Çini “Apple” ilə vurmaq istəyir

Tramp Çini “Apple” ilə vurmaq istəyir
  27 Noyabr 2018    Oxunub:3875
ABŞ prezidenti Donald Tramp hazırda Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq 10%-dən 25%-ə qaldırmağı planlaşdırır.

Azvision.az xəbər verir ki, bu barədə Tramp “The Wall Street Journal”a müsahibəsində deyib. Hətta hədələyib ki, ikitərəfli danışıqlar uğursuzluqla nəticələnsə, Çindən idxal olunan və rüsumlardan kənarda qalan bütün digər məhsullara da tariflər tətbiq ediləcək.
Tramp bildirib ki, yanvarın 1-dən etibarən qüvvəyə minəcək tarif artımının dayandırılması ilə bağlı Çinin xahişini çətin ki qəbul edə: “Onlarla yeganə razılaşmamız olacaq ki, Çin ABŞ tərəfindən rəqabət üçün öz ölkəsini açmalıdır. Əgər biz razılığa gəlməsək, onda Çin mallarına əlavə 267 milyard dollar tarif qoyacağam. Digər ölkələrə gəldikdə isə, bu, onların özündən asılıdır”.

Tramp əlavə edib ki, tariflərin növbəti raundunda ABŞ bazarında böyük paya sahib olan Çin telefonları, kompüterləri və digər elektronika malları da yer alacaq. Hətta “Apple” şirkətinin məhsullarına əlavə gömrük rüsumu tətbiq ediləcəyini istisna etməyib: “Bu məhsulların tarif qiymətini 10% artıra bilərəm və fikrimcə, insanlar (amerikalılar) buna tab gətirə bilərlər”.

Lakin “The Wall Street Journal”ın yazdığına görə, ABŞ istehlakçıları çətin ki Trampın yeni tariflərinə, xüsusən də, “Apple” məhsullarına qarşı əlavə rüsuma susqun qalsınlar. Mənbələrin sözlərinə görə, məsələyə amerikalıların reaksiyasına dair Ağ Evdə ciddi narahatlıq var.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Apple   Çin   ABŞ  



Xəbər lenti