Tramp şahzadəyə "yox" dedi, Ərdoğanla görüşəcək

Tramp şahzadəyə "yox" dedi, Ərdoğanla görüşəcək
  28 Noyabr 2018    Oxunub:4690
ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Tramp özü açıqlama verib.

Bildirilib ki, prezidentlərin görüşü 30 noyabr - 1 dekabr tarixlərində Argentinada keçiriləcək “G20” (“Böyük iyirmilik”) sammiti çərçivəsində baş tutacaq.

Bundan əlavə, ABŞ prezidenti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüş planının olmadığını deyib.

Azvision.az



Teqlər: Tramp   Ərdoğan  





Xəbər lenti