Venesuela Kolumbiyanın 4 təyyarəsini vurdu
“Son 15 gün ərzində Kolumbiya narkotik ticarətçilərinə məxsus 4 təyyarə vurulub. Onlar Venesuelanın hava məkanını keçməyə cəhd ediblər, amma Bolivarian hərbi hava qüvvələri ilə üzləşiblər”, – Maduro deyib.
Prezidentin sözlərinə görə, Venesuela hərbi hava qüvvələrinin bu əməliyyatı milli hökumət tərəfindən ölkə ərazisindəki qanunsuz qüvvələrə qarşı mübarizədə gördüyü işlərin sübutudur.
Qeyd edək ki, 2013-cü ildə Venesuelada ölkə ərazisindən keçən narkotik ticarəti ilə məşğul olan mafiya qruplaşmalarına məxsus istənilən təyyarənin vurulmasına icazə verən qanun qəbul edilib.
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


