Rusiya Krıma 4-cü “S-400”ü yerləşdirir

Rusiya Krıma 4-cü “S-400”ü yerləşdirir
  28 Noyabr 2018    Oxunub:3853
“Triumf” S-400 zenit-raket kompleksi Həştərxandakı poliqonda atəş tapşırığını yerinə yetirdikdən sonra Krımdakı daimi dislokasiya məntəqəsinə göndəriləcək.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin cənub hərbi dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovniki Vadim Astafyev “İnterfax”a açıqlamasında deyib.
“Yaxın zamanda Rusiya Federasiyasının hava məkanını qorumaq üçün yeni zenit-raket sistemi döyüş rejiminə keçəcək”, - deyə Astafyev bildirib.

Onun sözlərinə görə, bununla Krımın hava hücumundan müdafiəsi əhəmiyyətli dərəcədə gücləndiriləcək.

Qeyd edək ki, bunadək Krımda S-400 zenit-raket kompleksinin 3 divizyonu yerləşdirilmişdi. İstisna edilmir ki, Moskvanın bu addımı Ukraynaya məxsus artilleriya gəmilərinin ələ keçirilməsi ilə bağlıdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Krım   Ukrayna   Rusiya  



Xəbər lenti