Ərdoğan Putinə zəng edib

Ərdoğan Putinə zəng edib
  28 Noyabr 2018    Oxunub:3054
Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki lider bu günlərdə Ukraynaya məxsus artilleriya gəmiləri ətrafında yaranan vəziyyəti müzakirə ediblər.

“Söhbət zamanı Kerç boğazında Kiyevdəki hakimiyyət tərəfindən təxribat olan təhlükəli insident kontekstində Qara dəniz regionunda sabitlik və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.

Türkiyənin prezident administrasiyasının məlumatında isə bildirilir ki, Ərdoğan həm Ukrayna prezidenti Pyotr Poroşenko, həm də Putinlə apardığı telefon söhbətlərində hər iki tərəfi yaranmış gərgin vəziyyəti dialoq və diplomatiya vasitəsilə həll etməyə çağırıb.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Ukrayna   Türkiyə   Rusiya  





Xəbər lenti