Qalmaqallı şahzadə artıq Argentinadadır

 Qalmaqallı şahzadə artıq Argentinadadır
  28 Noyabr 2018    Oxunub:3308
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 30 noyabr - 1 dekabr tarixlərində Argentinada keçiriləcək “G20” (“Böyük iyirmilik”) sammitində iştirak etmək üçün artıq paytaxt Buenos-Ayresdədir.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, vəliəhd şahzadə ərəb ölkələrinə turnesi çərçivəsində Tunisə səfərindən sonra “G20” sammitində iştirak üçün birbaşa Argentinaya uçub.

G20 sammitində iştirak 6 həftə əvvəl səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda amansızcasına qətlinə əmr verdiyi iddia edilən Məhəmməd bin Salmanın bu cinayətdən sonra regiondan kənar ilk səfəridir. Sammit çərçivəsində vəliəhdin Rusiya prezidenti Vladimir Putinlə görüşərək dünya neft bazarındakı vəziyyəti müzakirə edəcəkləri planlaşdırılır.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla ABŞ prezidenti Donald Tramp isə “G20” çərçivəsində Səudiyyə şahzadəsi ilə görüşdən imtina ediblər.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Səudiyyə   Argentina   ABŞ   Türkiyə  





Xəbər lenti