Mosulda dağıntılar altından 1900 cəsəd tapılıb

 Mosulda dağıntılar altından 1900 cəsəd tapılıb
  28 Noyabr 2018    Oxunub:4460
İraqın Mosul şəhəri İŞİD terrorçularından azad edildikdən bəri şəhərin rayonlarından birində dağıntılar altından təqribən 1900 insanın cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Akhbar Al-Iraq” agentliyi İraqın Vətəndaş Müdafiəsi İdarəsindəki mənbəsinə istinadən bildirib.

“Mosul azad edildiyi vaxtdan etibarən vətəndaş müdafiəsi briqadaları şəhərin cənubunda yerləşən tarixi rayondakı dağıntılar altından indiyədək təqribən 1900 insanın cəsədini çıxarıblar” – İdarənin rəsmisi deyib.

Xatırladaq ki, İraqın ikinci ən böyük şəhəri Mosul 2014-cü ilin ortalarından İŞİD terror təşkilatının İraqdakı əsas “qalası” olub. 2017-ci ilin iyulunda beynəlxalq koalisiyanın dəstəyilə hökumət qüvvələri Mosulu terrorçulardan tamamilə təmizləyib.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: İŞİD   İraq   Mosul  





Xəbər lenti