Gürcüstanda seçici fəallığı 47,31% təşkil edir

 Gürcüstanda seçici fəallığı 47,31% təşkil edir
  28 Noyabr 2018    Oxunub:3980
Bu gün Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda saat 17:00-a olan seçici fəallığı 47,31% təşkil edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Anna Mikeladze gün ərzində keçirdiyi növbəti brifinqdə bəyan edib.

Onun sözlərinə görə, saat 17:00-dək Gürcüstanın seçki hüququna malik yaşı 18-dən yuxarı olan 3 milyon 528 min 658 vətəndaşından 1 milyon 662 min 453 nəfəri səsvermədə iştirak edib.

Ən yüksək seçici fəallığı 58 %-lə Acariyanın Keda qəsəbəsində, ən az fəallıq isə 37%-lə Kvemo-Kartlinin Çalka şəhərində müşahidə olunub.

Mikeladze qeyd edib ki, ölkə ərazisi üzrə seçki məntəqələri səhər saat 08:00-da açılıb və axşam 20:00-da bağlanacaq. Daha sonra isə yerli və xarici müşahidəçilərin nəzarəti altında bülletenlərin sayılmasına başlanacaq. Ölkə hüdudlarından kənarda açılan seçki mənqətələrində isə səsvermə prosesi gecə 24:00-dək davam edəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti