Zurabişvili qələbəsini qeyd edir - Yenilənib

 Zurabişvili qələbəsini qeyd edir -  Yenilənib
  29 Noyabr 2018    Oxunub:13460
Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turundan sonra bülletenlərin 98,76 faizinin nəticələrini açıqlayıb.
3705 məntəqədən 3659-nun nəticələri artıq bəllidir. İlkin rəsmi məlumatlara əsasən dairələrin böyük əksəriyyətində hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili qalib gəlib. Zurabişvili 59,61 faiz səs toplayıb. Onun lehinə 1 milyon 143 min 111 nəfər səs verib.

“Vahid Milli Hərəkat” partiyasının və “Güc birlikdədir” müxalifət blokunun dəstəklədiyi Qriqol Vaşadze isə 40,39 faiz səs toplayıb. Onu 774 min 468 seçici dəstəkləyib.

***
Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri məlum olub.

Azvision.az xəbər verir ki, Gürcüstan MSK-nın yaydığı məlumata əsasən, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 58,11% səs toplayıb.

Onun rəqibi müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 41,89% səslə ikincidir.

Qeyd olunan nəticələr 1970 seçki məntəqəsini əhatə edir.

***
Gürcüstanda prezident seçkiləri ilə əlaqədar keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb.

“Edison Research” təşkilatı hesab edir ki, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 55%, müxalifətdə olan “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

“Gallup International” təşkilatının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Zurabişvili 58%, Vaşadze 42% səs qazanıb.

***
(20:01)

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turu üzrə səsvermə başa çatıb.

Azvision.az xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb.

Xarici ölkələrdəki səfirliklərdə və konsulluq şöbələrində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.

Qeyd edək ki, Gürcüstanda 28 oktyabrda keçirilən prezident seçkilərində namizədlərdən heç biri qələbə qazanmaq üçün lazım olan 50 faizdən çox baryeri keçə bilməyib. Bu səbəbdən seçkilərin ikinci turunda Gürcüstan xalqı növbəti 6 il ərzində ölkəni idarə edəcək prezidenti seçmək üçün yenidən səsverməyə gedib

Gürcülər prezident postu uğrunda mübarizə aparan iki əsas namizəddən birini seçməlidirlər. Onlardan biri Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili, digəri isə “Vahid milli hərəkat” partiyasının üzvü, “Güc birlikdədir” müxalif blokunun namizədi, eks-prezident Mixail Saakaşvilinin sabiq silahdaşı Qriqol Vaşadzedir.

Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilərdir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.

Azvision.az


Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti