Ərdoğan Kerç olayına görə Trampa zəng edib

 Ərdoğan Kerç olayına görə Trampa zəng edib
  29 Noyabr 2018    Oxunub:5065
ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğanın təşəbbüsü ilə baş tutan telefon söhbətində liderlər son günlər Ukrayna ilə Rusiya arasında yaşanan gərginliyi müzakirə ediblər.

Prezidentlərin əsas müzakirə mövzusu məhz Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya donanmasının Ukraynaya məxsus 3 artilleriya gəmisini ələ keçirməsi və 24 heyət üzvünün saxlanılması olub.

Ərdoğan məsələ ilə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko və rusiyalı həmkarı Vadimir Putinlə danışıqlar apardığını vurğulayıb.

Azvision.az


Teqlər: Tramp   Ərdoğan  





Xəbər lenti