Saakaşvili tərəfdarlarını kütləvi aksiyalara çağırdı

Saakaşvili tərəfdarlarını kütləvi aksiyalara çağırdı
  29 Noyabr 2018    Oxunub:4805
Gürcüstanda prezident seçkilərinin ikinci turu başa çatdıqdan dərhal sonra sabiq prezident Mixail Saakaşvili tərəfdarlarına video-müraciət ünvanayıb.

Azvision.az xəbər verir ki, Saakaşvili hazırki iqtidarın dəstəklədiyi namizəd Salome Zurabişvilinin seçkidə üstünlüyünü qəbul etməyib.
Bildirib ki, seçkinin nəticələri qanunsuzdur. “Mən bu seçkiləri tanımıram,gürcü cəmiyyətini də nəticələri tanımamağa səsləyirəm”- deyə Saakaşvili tərəfdarlarını kütləvi itaətsizlik aksiyalarına çağırıb.

"Seçkilərin nəticələrinin necə olacağından asılı olmayaraq, müxalifət küçələrə çıxacaq".

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri ilə əlaqədar keçirilmiş "exit-poll"un nəticələri açıqlanıb. İlkin məlumatlara əsasən, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili qələbəyə daha yaxındır.

Azvision.az


Teqlər: Saakaşvili  





Xəbər lenti