“Paşinyan Qarabağ müharibəsində iştirak etməyib”

“Paşinyan Qarabağ müharibəsində iştirak etməyib”
  29 Noyabr 2018    Oxunub:4840
“Nikol Paşinyan orduda ximət etməyib, halbuki belə bir imkanı vardı. O, Dağlıq Qarabağdakı müharibədə də iştirak etməyib. Ancaq edə bilərdi”.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofis rəhbəri Viktor Soqomonyan deyib.

Onun sözlərinə görə, Ermənistanın ordu quruculuğunda heç bir xidməti olmayan bir şəxsin Koçaryanın hərbi sahədə gördüyü işlərə kölgə salması anlaşılan deyil: “Bu iki reallıq göstərir ki, Paşinyanın ordu haqqında, onun döyüş qabiliyyəti barədə mülahizə etmək, ordunun inkişafı bu və ya digər tarixi dövrə qiymət vermək hüququ yoxdur”.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: Paşinyan  





Xəbər lenti