Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI

  02 Noyabr 2013    Oxunub : 1515
Dünyanın ən xoşbəxt ölkələri - SİYAHI
Forbes jurnalı Dubayın Leqatum İnstitutunun hazırladığı dünyanın “ən xoşbəxt” və “ən bədbəxt” ölkələrinin siyahıasını dərc edib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 142 ölkənin yer aldığı siyahıda ən xoşbəxt ölkə Norveç, ən bədbəxt ölkə isə Çaddır.

Son beş ildir ki, xoşbəxt ölkələr sırasında birinci yeri Norveç tutur.

Ölkələrin siyahısı 8 istiqamət üzrə qiymətləndirildikdən sorna tərtib edilib. Bura iqtisadiyyat, idarəçilik, təhsil, səhiyyə, təhlükəsizlik, fərdi azadlıqlar və sosial münasibətlər və sahibkarlıq daxildir.

Dünyanın ən xoşbəxt ölkələrinin ilk onluğu:

1-Norveç
2-İsveçrə
3-Kanada
4-İsveç
5-Yeni Zenlandiya
6-Danimarka
7-Avstraliya
8-Finlandiya
9-Hollandiya
10-Lüksemburq

Dünyanın ən bədbəxt ölkələrinin ilk onluğu:

1-Çad
2-Mərkəzi Afrika Respublikası
3-Konqo Demokratik Respublikası
4-Əfqanıstan
5-Burundi
6-Toqo
7-Yəmən
8-Qvineya
9-Haiti
10-Anqola

Qeyd edək ki, 142 ölkə arasında Azərbaycan 81-ci xoşbəxt ölkədir. Qonşularımızdan Türkiyə bu siyahıda 87-ci, Ermənistan isə 95-ci yeri tutur. Gürcüstan 84-cü, Rusiya 61-ci, İran isə 101-ci sırada qərarlaşıb.

Fatimə Kərimli

Teqlər: