Nazir şəhidin yas mərasimində ağladı - VİDEO

Nazir şəhidin yas mərasimində ağladı -  VİDEO
  29 Noyabr 2018    Oxunub:5594
Türkiyənin daxili işlər naziri Süleyman Soylu PKK terror təşkilatına qarşı əməliyyat zamanı şəhid olan polis Birol Öztəkinin yas mərasiminə qatılıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir şəhidin cənazəsini çiynində daşıyıb. Şəhidin yaxınlarına başsağlı verərkən Soylu göz yaşlarına hakim ola bilməyib.



Qeyd edək ki, 50 yaşlı Birol Öztəkin evli və 3 uşaq atası idi. O, 2014-cü ildən Batman Polis İdarəsinin Terrorla Mübarizə şöbəsində çalışırdı.



Kənan Məmmədov
AzVision.az



Teqlər: Nazir   Türkiyə   Şəhid  





Xəbər lenti