ABŞ çinli tələbələrin casus olmasından şübhələnir

ABŞ çinli tələbələrin casus olmasından şübhələnir
  29 Noyabr 2018    Oxunub:3890
ABŞ prezidenti Donald Trampın administrasiyası təhsil almaq üçün Amerikaya gələn çinli tələbələrin telefonlarını və sosial şəbəkələrdəki fəaliyyətini izləyəcək.
Azvision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ağ Ev ABŞ-da təhsil alan çinli tələbələrin Pekin kəşfiyyatı üçün çalışan casus ola biləcəklərindən şübhələnir. Bu səbəbdən Tramp administrasiyası Çindən gələn tələbələrə qarşı araşdırma aparmağı planlaşdırır.

Bildirilib ki, araşdırma çərçivəsində tələbələrin telefon qeydləri və sosial şəbəkələrdəki hesablarına nəzarət ediləcək, onların virtual həyatı təqib olunacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Pekin   Çin   ABŞ  





Xəbər lenti