İstanbulda dağıdıcı zəlzələ gözlənilir

 İstanbulda dağıdıcı zəlzələ gözlənilir
  30 Noyabr 2018    Oxunub:3965
Türkiyənin Yalova bölgəsində 4,3 bal gücündə zəlzələ olub.
AzVision.az xəbər verir ki, ocağı 14 kilometr dərinlikdə olan yer altı təkanlar 05:36-da qeydə alınıb. Zəlzələ Bursa, İstanbul, Kocaeli və Sakaryada da hiss olunub.

İstanbul Texniki Universitetinin işçisi Okan Tüyzüs bildirib ki, İstanbulda dağıdıcı zəlzələ gözlənilir: “Bu zəlzələ dağıdıcı deyildi. İstanbulda gözlənilən zəlzələ hər zaman baş verə bilər. Ona görə hazırlıqlı olmaq lazımdır”.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Zəlzələ   Türkiyə   İstanbul  





Xəbər lenti