10 ildən sonra ilk qatar yola düşdü

 10 ildən sonra ilk qatar yola düşdü
  30 Noyabr 2018    Oxunub:3503
Son 10 ildə ilk dəfədir ki, Cənubi Koreyanın paytaxtı Seuldan Şimali Koreyanın paytaxtı Pxenyana qatar yola düşüb.

Azvision.az Cənubi Koreya KİV-nə istinadən xəbər verir ki, “birləşmə qatarı” adlanan və 6 vaqondan ibarət qatarda Cənubun birləşmə naziri Ço Myon Qyun, torpaq və nəqliyyat naziri Kim Hyon Mi, siyasi partiya və parlament üzvləri gedirlər.
Qatarın yola çıxmasında məqsəd Koreyalararası dəmiryollarının birləşdirilməsi layihəsinin reallaşdırılması üçün Çinlə sərhəddəki Sinıycu şəhərinədək Şimali Koreyanın dəmiryollarının vəziyyətini araşdırmaqdır. 18 gün davam edəcək qatar gəzintisində Cənubdan olan mütəxəssislər və rəsmilər Şimali Koreyanın 1200 kilometr uzunluğundakı dəmiryollarının vəziyətinə baxacaq və modernləşdirməyə ehtiyac duyulan hissələri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, Koreyalararası son qatar səfəri 2007-ci ilin dekabrında Seul tərəfindən Pxenyana münasibətdə həyata keçirilən “günəş istisi” siyasəti çərçivəsində baş tutub və Cənubdan Şimala müxtəlif yüklər daşınıb. Lakin münasibətlərdə yaranmış gərginlik ikitərəfli dəmiryol nəqliyyatının bağlanmasilə nəticələnib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   Pxenyan   Seul  





Xəbər lenti