Sabahın havası: duman olacaq

Sabahın havası: duman olacaq
  02 Noyabr 2013    Oxunub:1018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 9-12, gündüz 16-20 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti