Nazirlik tələbələrin etirazına cavab verdi

Nazirlik tələbələrin etirazına cavab verdi
  02 Noyabr 2013    Oxunub:1019
Təhsil Nazirliyi ali məktəblərdə imtahanların yazılı və ya test üsulu ilə aparılması məsələsinə aydınlıq gətirib.
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi rəsmi saytında məlumat yayılıb. Bildirilib ki, ali təhsil müəssisələrində kurs imtahanları 1994-cü ildən başlayaraq yazılı şəkildə və ya test üsulu ilə keçirilir (Təhsil Nazirliyinin 11.10.1994-cü il tarixli 595 nömrəli əmri ilə təsdiq edilmiş "Ali məktəblərin kurs imtahanları və məqbulları haqqında Əsasnamə").
Ali təhsil müəssisələrində kredit sisteminin tətbiqi ilə əlaqədar "Kredit sistemi ilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə" təsdiq edilib (Təhsil Nazirliyinin 11.09.2008-ci il tarixli 1060 nömrəli əmri).

Bu Əsasnaməyə görə, tələbələrin biliyinin qiymətləndirilməsi üçün imtahanların bir qayda olaraq, yazılı şəkildə aparılması nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti