Olduqca “orijinal” və bir o qədər də absurd fikir səsləndirən Tarasov hesab edir ki, regional sabitliyin bərqərar olması Qarabağ münaqişəsinin həllindən daha çox İrandan asılıdır. İran məsələsinin böyük narahatlıq doğurduğunu deyən rusiyalı politoloqun fikrincə, hətta Qarabağ münaqişəsinin “həlli” və regionda vəziyyətin normallaşması İranın 7 hissəyə parçalanaraq onlardan birinin “Azərbaycan” adlandırılması yolu ilə mümkün ola bilər.
“Bu cür variant Azərbaycan və Qarabağa toxunmaya bilməz”, - deyə Tarasov vurğulayıb.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan İran Azərbaycan Rusiya Qarabağ