Ermənistada hərbi polislər qəzaya düşdü - Yaralılar var

Ermənistada hərbi polislər qəzaya düşdü -  Yaralılar var
  30 Noyabr 2018    Oxunub:5071
Ermənistan Müdafiə Nazirliyinin tərkibindəki Hərbi Polisin əməkdaşlarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, qəza İrəvan-Sevan-İcevan avtomobil yolunun 103-cü kilometrliyində baş verib. Belə ki, yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq çaya düşüb.

Nəticədə avtomobildə olan sürücü 27 yaşlı Ayk.Ş və onun sərnişinləri 23 yaşlı Araik.D, 26 yaşlı Karen.T xəsarətlər alaraq xəstəxanaya yerləşdirlib. Onların vəziyyətinin ağır olduğuu bildirlir.

Qeyd edək ki, qəza nəticəsində yaralanan şəxslər Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin əməkdaşlarıdır.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ermənistan   Hərbi-polis  





Xəbər lenti